ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının hazırlanması barədə ABŞ tərəfindən məlumat alıb.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidmətinin məlumatında bildirilir.
“Tərəfdaş kanalları vasitəsilə Amerika tərəfindən Moskvada terror aktının hazırlanması barədə məlumat alınıb. Müvafiq iş aparılır”, – deyə qurumun açıqlamasında qeyd olunur.








