ABŞ ordusu 21 gəmini saxlayaraq İrana geri göndərib

media-ads_728_90

ABŞ ordusu İran limanlarının blokadasının tətbiq olunmasından sonra 21 gəmini saxlayaraq onları İrana geri yönləndirib.

“TV1” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi “X” hesabında bildirilib.

“İdarə olunan raketlərlə silahlanmış “USS Michael Murphy” (DDG 112) esminesi aprelin 17-də ABŞ qüvvələrinin İran limanlarına daxil olmağa və ya oradan çıxmağa cəhd edən gəmilərə qarşı tətbiq etdiyi dəniz blokadasını təmin etdiyi bir vaxtda Ərəb dənizində patrul xidməti həyata keçirir. Blokada başlanandan bəri 21 gəmi ABŞ qüvvələrinin göstərişinə əməl edərək geri dönüb və İrana qayıdıb”,- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Aprelin 17-də İran XİN Livanda atəşkəs şərtinin yerinə yetirildiyini əsas gətirərək Hörmüz boğazını ticarət gəmiləri üçün tam açdığını bəyan edib.

media-pete_hegseth-pentagon

media-ads_728_90
Paylaş