ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib
ABŞ qüvvələri İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirib.
“TV1” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.
Qurumun açıqlamasına görə, zərbələr İranın əsassız və davamlı təcavüzkar hərəkətlərinə cavab olub: “Mərkəzi Komandanlıq qüvvələri Ali Baş Komandanın əmrlərinə əsasən, iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib”.
Komandalıq əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb.








