ABŞ və İran sabah İslamabadda danışıqlar aparacaq
ABŞ və İran nümayəndələri sabah İslamabadda növbəti danışıqlar aparacaq. ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslamabadda keçiriləcək danışıqlar prosesinə rəhbərlik edəcəklər.
“TV1” xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumata görə, ABŞ və İran yeni danışıqlar raundunu sabah İslamabad şəhərində keçirməyə hazır olduqlarını bildiriblər.








