ABŞ və İran görüşü təxirə salındı

media-ads_728_90

Vaşinqton və Tehran İsveçrədə ikitərəfli anlaşma memorandumu imzalamaq və texniki danışıqlara başlamaq planlarını yekunlaşdırmayıblar.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin rəsmi sözçüsü jurnalistlərə məlumat verib.

“Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik dəqiqləşdirilməyib və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların təşkilati hissəsi heç vaxt sadə və proqnozlaşdırıla bilən olmayıb”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, vitse-prezident Cey Di Vensin iyunun 19-u ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb. Sözçü qeyd edib ki, Vaşinqton bu danışıqlara mümkün qədər tez başlamağı gözləyir.

media-ads_728_90
Paylaş