ABŞ və İsrail ordusu Təbrizə hava zərbələri endirib
ABŞ və İsrail ordusu İranın Təbriz şəhərini hava hücumuna məruz qoyub.
“TV1” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilir ki, Neft-Kimya Müəssisəsinə hava zərbəsi endirilib, obyektə ziyan dəyib, amma benzin istehsalı dayandırılmayıb.
Hücumlarda Təbrizin 2 mülki nöqtəsi, o cümlədən Təbriz hava limanının idarəetmə qülləsi və uçuş-enmə zolağı, eləcə də Təbriz Neft-Kimya Müəssisəsi hədəf alınıb. Ölən və yaralanan olmayıb.








