Əmlaklarına həbs qoyuldu - Xanımının bank hesabları...

media-ads_728_90

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.

“TV1” gününsəsi.info-ya istinadla xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.

Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-u saxlanılıb, bir gün sonra isə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

O, mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlərdə ittiham olunur.

media-ads_728_90
Paylaş