Ağdamda Qırğızıstanın tikdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq
Ağdamda Qırğız Respublikasının inşa etdiyi “Aykol Manas” məktəbinin açılışı olacaq.
“TV1” xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.
Məktəbin açılışında Qırğızıstan Prezidenti Sadır Japarov iştirak edəcək.
Məktəb Ağdamın Xıdırlı kəndində inşa edilib. Ötən il aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə məktəbin təməlqoyma mərasimi keçirilib.
Qeyd edək ki, Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana iki günlük səfərə yola düşüb.