Ağdərənin Kolatağ kəndinə ilk köç karvanı yola salınıb

media-ads_728_90

Ağdərə rayonunun Kolatağ kəndinə ilk köç karvanı yola salınıb.

“TV1” xəbər verir ki, ilkin mərhələdə kəndə 26 ailə (89 nəfər) köçürülür.

Köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Belə ki, kənddə Ağdam rayonundan 6 ailə (24 nəfər), Bakı şəhərindən 5 ailə (16 nəfər), Bərdə rayonundan 5 ailə (16 nəfər), Ağcabədi rayonundan 3 ailə (13 nəfər), Sumqayıt şəhərindən 2 ailə (6 nəfər), Tərtər rayonundan 2 ailə (4 nəfər), Oğuz rayonundan 1 ailə (4 nəfər), Göygöl rayonundan 1 ailə (3 nəfər), Qəbələ rayonundan 1 ailə (3 nəfər) məskunlaşacaq.

media-ads_728_90
Paylaş