Almaniyada təyyarə evin damına çırpılıb - Ölən var
Almaniyanın şimalında yerləşən Aşağı Saksoniya əyalətində yerləşən Qanderkese bölgəsində yüngülmühərrikli təyyarə yaşayış evinin damına çırpılıb.
“TV1″ xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb.
Məlumata görə, təyyarədə iki nəfər olub.
Bildirilib ki, qəza zamanı ev sakinləri evdə olmayıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb edilib, ətrafda yaşayan sakinlər təxliyə olunub.
Təhlükəsizlik məqsədilə həmin küçədə elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılıb.








