ANAMA: 91 mina və 440 digər partlayıcı sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 1-11-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.
“TV1” xəbər verir ki, ANAMA-nın məlumatında bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyada əleyhinə 71, tank əleyhinə 20 mina və 440 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Qeyd olunan müddətdə 2 min 129 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.








