Avropa çempionatı: Azərbaycanın şahmat millisi birinci pilləyə yüksəlib
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında birinci pilləyə yüksəlib.
“TV1” xəbər verir ki, buna yığmanın VIII turda Ukraynaya qalib gəlməsi səbəb olub.
Qarşılaşma komandamızın 2,5:1,5 qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli mübarizə aparıblar.
Yeganə qələbə Rauf Məmmədovun aktivinə yazılıb. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə bərabərə qalıblar.
Kişilərdən ibarət milli sonra bir tur qalmış 13 xalla Ukrayna komandasını qabaqlayaraq birinci yerdədir.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.