Avropa çempionatı: Bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulacaq
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
“TV1” xəbər verir ki, ikinci yarış günündə Azərbaycan təmsilçilərindən Əbil Yusubov və Süleyman Şükürov mübarizə aparacaq.
Hər iki idmançı yarışa 1/16 finaldan qoşulacaq.
Ötən gün cüdoçularımızdan Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.