AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
Dünən AZAL-a məxsus təyyarə Ermənistanın paytaxtı İrəvanda eniş edib.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, təyyarə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü üçün İrəvana yola düşən azərbaycanlı ekspertləri daşıyıb.
Qeyd edilib ki, Bakıdan gələn xüsusi reys dünən təqribən 16:00-da İrəvanda yerə enib.
Xatırladaq ki, Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzi oktyabrın 21-22-də hər iki ölkə nümayəndələrinin iştirakı ilə İrəvanda dəyirmi masa müzakirələrinin keçiriləcəyi barədə məlumat yayıb.








