Azərbaycan Bəhreyndə səfirlik AÇACAQ 

media-ads_728_90

Azərbaycan Bəhreyninin Manama şəhərində səfirlik təsis edəcək.

“TV1″ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəni Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Bildirib ki, Azərbaycanın xarici siyasət kursunda ərəb dünyası ilə əlaqələrin dərinləşdirilməsi prioritet istiqamətlərdən biridir: “Bu baxımdan Bəhreyn Krallığı körfəz ölkələri içərisində Azərbaycanla əlaqələrini yüksək səviyyədə quran ölkələrdən biridir. Səfirliyin açılması Azərbaycanla Bəhreyn Krallığı arasında münasibətləri tamamilə yeni bir müstəviyə daşıyacaq”, -deyə komitə sədri vurğulayıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

media-ads_728_90
Paylaş