Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

media-ads_728_90

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

“TV1” xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması  və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

“Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

media-ads_728_90
Paylaş