Azərbaycan ərazisində hantavirus infeksiyasına yoluxma halları qeydə alınmayıb

media-ads_728_90

Bu günə qədər Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

“TV1”  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin məlumatında bildirilir.

Qeyd olunur ki, hantavirus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Hazırki vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.

Həmçinin, mərkəz tərəfindən profilaktik məqsədlə əhaliyə sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunub. Vurğulanıb ki, bunun üçün yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət edilməli, gəmiricilərin məskunlaşmasının qarşısını almaq üçün mütəmadi deratizasiya tədbirləri görülməli, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri aparılarkən qoruyucu vasitələrdən istifadə edilməli, gəmiricilərlə birbaşa təmasa yol verilməməlidir.

Bildirilib ki, hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.

media-ads_728_90
Paylaş