Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO
İyulun 22-də Bakıda Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
“TV1” xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar media nümayəndələrinə müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Sonra media sahəsində böyük xidmətləri olan bir qrup həmkarımıza Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis olunmuş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təqdim edilib.
Daha sonra milli mətbuatın 150 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş olunub.
Milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə Azərbaycanın televiziya və radio kanallarının, informasiya agentliklərinin, bir sıra aparıcı çap və onlayn media subyektlərin, həmçinin mətbuat xidmətlərinin rəhbərləri, aktiv jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayram ab-havalı tədbir bədii hissə ilə davam edib.