Azərbaycan taekvondoçuları Avropa birinciliyində medal qazanıblar - 1 qızıl, 2 bürünc 

media-ads_728_90

Azərbaycanın gənc taekvondoçuları İsveçrənin Eql şəhərində keçirilən Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.

“TV1” xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medalla kifayətlənib.

media-ads_728_90
Paylaş