Azərbaycan və Bosniya və Herseqovina arasında memorandum İMZALANIB

media-ads_728_90

Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında anlaşma Memorandumu imzalanıb.

“TV1” xəbər verir ki, Memorandumu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç imzalayıb.

Qeyd edək ki, Memorandum İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda imzalanıb. /apa.az/

media-ads_728_90
Paylaş