Azərbaycan və Türkiyə müdafiə sənayesi sahəsində Anlaşma Memorandumunun icrasına başlayıb

media-ads_728_90

Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Hakan Karataşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“TV1” xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, görüş zamanı iki qurum arasında əməkdaşlığın hüquqi və institusional əsaslarını möhkəmləndirmək üçün imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib və bu istiqamətdə konkret fəaliyyətlərin həyata keçirilməsi məqsədilə müvafiq icra müqaviləsi imzalanıb.

Hakan Karataş və Hidayət Əzimov, həmçinin Türkiyə-Azərbaycan Universiteti və Bakı Ali Neft Məktəbinin rəhbərliyi ilə görüşlər keçiriblər.

media-az-turk

media-ads_728_90
Paylaş