Azərbaycan XİN-in AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı PAYLAŞIMI
Azərbaycan Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edib.
“TV1” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat yerləşdirilib.
“Bu gün, AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Baş vermiş bu faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə məlumatda qeyd olunub.








