Azərbaycan-Xorvatiya əməkdaşlığı önəmlidir - SPİKER

media-ads_728_90

Mən Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlığı xüsusilə vurğulamaq istərdim.

“TV1” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu əməkdaşlıq siyasi dialoq, ali səviyyəli səfərlər və Davos İqtisadi Forumu çərçivəsində görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün vacib olub. Ticarət, enerji və işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi baxımından əhəmiyyətə malikdir.

Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç  səfərin məhz bu il, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edən bir vaxtda baş tutmasını xüsusilə vurğulayıb.

“Mən inanıram ki, biz geridə qalan üç onillik ərzində əldə etdiyimiz nailiyyətlərlə olduqca qürur duya bilərik”, – deyə sədr bildirib.

Qeyd edib ki, bu gün Xorvatiya və Azərbaycan intensiv siyasi dialoq və mükəmməl iqtisadi əlaqələrə sahib olan strateji tərəfdaş və dostdur.

“Xorvatiya Azərbaycanın müstəsna iqtisadi nailiyyətlərini, eləcə də onun təkcə Cənubi Qafqazda deyil, həm də regiondan kənarda oynadığı əhəmiyyətli rolu tanıyır və alqışlayır”, – deyə Q.Yandrokoviç qeyd edib.

media-ads_728_90
Paylaş