Azərbaycan "Yaşıl büdcə"nin tətbiqi ilə bağlı müzakirələrdə iştirak edib

media-ads_728_90

Azərbaycan Özbəkistanın Səmərqənd şəhərində “Yaşıl büdcə”nin tətbiqi ilə bağlı müzakirələrdə iştirak edib.

“TV1” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat paylaşıb.

Məlumata görə, müzakirələr “IV Dövlət maliyyəsinin idarə edilməsi sahəsində təcrübə mübadiləsi” üzrə beynəlxalq konfransda baş tutub. Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyinin Rusiyanın Maliyyə Nazirliyi ilə birgə təşkil etdiyi konfransın məqsədi MDB ölkələrinin müvafiq qurumları arasında dövlət maliyyə idarəçiliyi sahəsində əməkdaşlığın gücləndirilməsi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsidir.

Azərbaycanın Maliyyə Nazirliyinin Büdcə şöbəsinin, Dövlət Xəzinədarlığı Agentliyinin və Nazirliyin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə “Azərbaycanda büdcə planlaşdırılması və büdcə xərclərinin səmərəliliyinin monitorinqi sahəsində islahatlar” mövzusunda təqdimat edilib, iştirakçıların sualları cavablandırılıb.

Konfrans çərçivəsində həmçinin nəticəəsaslı büdcənin tətbiqi prosesində büdcə alətlərindən istifadə, büdcə prosesinin rəqəmsallaşdırılması, yaşıl büdcə və süni intellektin tətbiqi mövzularında müzakirələr aparılıb.

 

media-ads_728_90
Paylaş