Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib

media-ads_728_90

Azərbaycan Yekaterinburq hadisələri ilə bağlı Rusiyanın müvafiq qurumlarına müraciət edib.

“TV1”  xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətdə Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılması xahiş edilib:

“Biz həmçinin müvafiq ekspertizaların aparılmasını, ümumi baxışların keçirilməsini də Rusiyadan xahiş etmişik”

N.Əzizov Azərbaycan Rusiya tərəfinin daha sürətli istintaq və araşdırma hərəkətlərinə başlayacağına ümid etdiyini vurğulayıb.

media-ads_728_90
Paylaş