Azərbaycanda inflyasiya proqnozu AÇIQLANIB
Mövcud pul siyasətilə baza ssenari üzrə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır.
“TV1” xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilir.
Qeyd olunur ki, yenilənmiş oktyabr proqnozlarına görə illik inflyasiyanın 2024-cü ilin sonuna 5.1%, 2025-ci ildə isə 5.8% olacağı gözlənilir.