Azərbaycanda istiliyin verilməsi dayandırılıb

media-ads_728_90

Respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü yekunlaşıb.

“TV1” xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

Bildirilib ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb.

Mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.

media-ads_728_90
Paylaş