Azərbaycanda orta illik inflyasiya AÇIQLANIB

media-ads_728_90

Bu ilin yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, ötən ilin yanvar-fevral aylarında da ölkədə orta illik inflyasiya 5,7%-ə bərabər olmuşdu.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə isə, baza ssenariyə əsasən, 2026-cı ilin və 2027-ci ilin sonuna illik inflyasiyanın hədəf daxilində olacağı proqnozu dəyişməz qalır. Bildirilib ki, son meyillərin təhlili 2026-cı ilə inflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi ehtimalının olduğunu göstərir.

“2026-cı ilin fevralında 12 aylıq inflyasiya 5.7% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% təşkil edib. İllik baza inflyasiya 5.6% olub. Müşahidə olunan inflyasiya, əsasən xarici mənşəli xərc amillərinin təsiri altında formalaşır”, – deyə Mərkəzi Bankın məlumatında qeyd edilib.

Beynəlxalq maliyyə korporasiyaları Azərbaycanda inflaysiya göziləri ilə bağlı müxtəlif proqnozlar verirlər. Məsələn, Asiya İnkişaf Bankı Azərbaycanda inflyasiyanın 2026-cı ildə 2025-ci ildəki 5,6 faizlə müqayisədə 5,7 faiz olacağını proqnozlaşdırır. Bankın proqnozlarına görə, inflyasiya 2027-ci ildə 4,9 faizə qədər yavaşlayacaq.

“ING” qrup isə 2026-cı və 2027-ci illərdə Azərbaycanda inflyasiya müvafiq olaraq 5,2 faiz və 4,6 faiz səviyyəsində olacağını gözləyir.

media-ads_728_90
Paylaş