Azərbaycanda ÜDM 0,2 faiz artıb

media-ads_728_90

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“TV1” xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsi məlumat paylaşıb.  Bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 faiz çoxdur.

Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,9 faiz azalaraq 12 milyard 135 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,7 faiz artaraq 27 milyard 740,1 milyon manata çatıb.

 

media-ads_728_90
Paylaş