Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi" yaradılacaq

media-ads_728_90

Azərbaycanda “Yeni Nəsil Texnologiyalar Mərkəzi”nin yaradılması və idarə edilməsi planlaşdırılır.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”da öz əksini tapıb.

Sənədə əsasən, həmçinin təlim və texnologiya tətbiqinə dair dəstək mexanizmləri formalaşdırılacaq.

Mərkəzdə azı 25 müəssisənin müvafiq sahədə təlimlərə cəlb edilməsi, təqdim olunan rəqəmsal transformasiya xidmətlərindən faydalanan müəssisələrin sayının hər il artırılması, eləcə də rəqəmsal transformasiyadan keçmiş müəssisələrin sayının və fəaliyyət sahəsi üzrə rəqabət qabiliyyətinin davamlı yaxşılaşması hədəflənir.

Strategiyaya əsasən, yeni texnologiyaların tətbiqi nəticəsində əməliyyat səmərəliliyi azı 5−10 % yüksələcək, Azərbaycanda beynəlxalq standartlara uyğun 2-dən çox data mərkəzi fəaliyyət göstərəcək, ümumi nəticə olaraq isə rəqəmsal iqtisadiyyatın qeyri-neft ÜDM-də payı, həmçinin İKT sektorunun payı davamlı artacaq.

media-ads_728_90
Paylaş