ABŞ-da aralıq seçkiləri: Demokratlar Senatda səs çoxluğu qazanıb
ABŞ-da keçirilən aralıq seçkilərində səslərin hesablanması davam edir.
“TV1” xəbər verir ki, ilkin nəticələrə əsasən, Demokratlar Partiyasının Senatda artıq 100 yerdən 51-i üzrə qalib gəldiyi təsdiqlənib.
Seçkilərdə Nümayəndələr Palatasının 435, Senatın isə 35 yeri uğrunda mübarizə aparılır. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.
Demokratlar Texas, Şimali Karolina, Cənubi Karolina, Kanzas, Ayova və Ohayo ştatlarında respublikaçıların nəzarətində olan Senat yerlərini qazanıblar.
Nümayəndələr Palatasında isə demokratların ən azı 218 yer əldə edərək çoxluğu təmin edəcəyi proqnozlaşdırılır. Hazırkı nəticələrə əsasən, respublikaçılardan 99, demokratlardan 158 nümayəndə qalib elan olunub.
Qeyd edək ki, seçkilərdən əvvəl 59 milyondan çox amerikalı erkən səsvermədə iştirak edib. Seçki günü səs verənlərlə birlikdə ümumi iştirakçıların yekun sayı hələ açıqlanmayıb.
ABŞ-da səslərin hesablanması davam edir və bəzi ştatlarda yekun nəticələrin müəyyənləşməsi bir neçə gün çəkə bilər.








