Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq

media-ads_728_90

Səudiyyə Ərəbistanı Krallığı tərəfindən “Adahi” proqramı çərçivəsində ölkəmizə göndərilən qurban ətinin paylanılmasına başlanılıb.

“TV1” xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında qurban ətinin təhvil-təsliminə dair müvafiq akt imzalanıb.

Ümumi çəkisi 46,5 ton olan qurban əti 7 min ailəni əhatə edəcək.

Qeyd edək ki, “Adahi” proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs ehtiyacı olan ailələrə dəstək göstərilməsinə, eləcə də Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında humanitar əməkdaşlığın və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

media-ads_728_90
Paylaş