Demokratlar Partiyası ABŞ Nümayəndələr Palatasında da qalib gəlib
ABŞ-da keçirilən aralıq seçkilərində Demokratlar Partiyası Senatdan sonra Konqresin Nümayəndələr Palatasında da çoxluğu təmin edib.
“TV1” xəbər verir ki, ilkin nəticələrə əsasən, demokratlar 435 yerlik Nümayəndələr Palatasında çoxluq üçün tələb olunan 218 mandat həddinə çatıblar.
Səslərin hesablanması davam edən təxminən 40 seçki dairəsində də demokrat namizədlərin öndə olduğu bildirilir.
Beləliklə, Demokratlar Partiyası Konqresin hər iki palatasında çoxluğu əldə edərək qanunverici hakimiyyət üzərində nəzarəti respublikaçılardan alıb.
Qeyd edək ki, ABŞ Konqresi 435 üzvlü Nümayəndələr Palatasından və 100 üzvlü Senatdan ibarətdir. Nümayəndələr Palatasında çoxluq üçün ən azı 218, Senatda isə 51 yer tələb olunur.








