72 655 nəfər uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət alıb
2026-cı ilin yanvar-oktyabr ayları ərzində 72 655 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, müavinət ödənişləri 34 038 nəfər qız, 38 617 nəfər oğlan uşağına görə aparılıb.








