Qırğızıstan-Tacikistan sərhədində ard-arda 3 zəlzələ baş verib
Qırğızıstanın Tacikistanla sərhədində üç zəlzələ baş verib.
“TV1” xəbər verir ki, TASS-ın xəbərinə görə, bu barədə respublikanın Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutu məlumat yayıb.
Bakı vaxtı ilə saat 01:34-dən 02:50-dək, təxminən 1 saat 15 dəqiqə ərzində baş verən yeraltı təkanların intensivliyi MSK şkalası üzrə 3,5-5,5 bal təşkil edib.
Qeyd edək ki, Rixter şkalası üzrə ocaqda ayrılan enerjini ölçən maqnitudadan fərqli olaraq, MSK-64 (Medvedev–Şponhoyer–Karnik şkalası) zəlzələnin səthdə yaratdığı təsirləri qiymətləndirir.
Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələ ən güclü şəkildə Qırğızıstanın Bor-Döbe, Sarı-Taş, Taldu-Suu, Nura, Kara-Kindik, Sarı-Moğol və İrkeştam yaşayış məntəqələrində hiss olunub. Burada təkanların intensivliyi 3-5 bal təşkil edib.








