Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

media-ads_728_90

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

“TV1” xəbər verir ki, elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım Sumqayıt Texnologiyalar Parkından yola salınıb.

Humanitar yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

media-ads_728_90
Paylaş