Azərbaycanın bu il ixrac etdiyi neftin həcmi açıqlanıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac edib.
“TV1” xəbər verir ki, bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ixrac olunan neftin 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd olunur ki, bu ilin birinci yarısında Azərbaycanda 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib”, – məlumatda qeyd olunur.








