III MDB Oyunları: Çövkən üzrə millimizin növbəti QƏLƏBƏSİ
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışları davam edir.
“TV1” xəbər verir ki, Azərbaycanın çövkən üzrə millisi II turda Küveyt komandası ilə qarşılaşıb.
Şəki şəhərində keçirilən oyun start fitindən əvvəl Azərbaycan və Küveytin Dövlət himnləri səsləndirilib. Maraqlı keçən oyun Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada isə Özbəkistan yığması Türkiyə millisinə 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 6 ölkənin komandasının iştirak etdiyi çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.