Azərbaycanın daha bir güləşçisi medal görüşünə çıxacaq - Dünya çempionatı
Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Serbiyanın Novi Sad şəhərində təşkil olunan U-23 dünya çempionatında bürünc medal görüşünə çıxacaq.
“TV1” xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada özbəkistanlı Murodyon Alimyanova 7:5 hesabı ilə qalib gəlib. O, üçüncü yer uğrunda görüşdə italiyalı Leon Rivalta ilə üz-üzə gələcək.
Bu gün, həmçinin Ziya Babaşov (63 kiloqram) finalda moldovalı Vitali Yeryomenkonu sınağa çəkəcək.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.