III MDB Oyunları: stend atıcımız gümüş medal qazandı- YENİLƏNİB
Azərbaycan atıcısı III MDB oyunlarında gümüş medal qazanıb.
“TV1” xəbər verir ki, Cavid Həsənov ikinci yeri tutub.
15:43
Azərbaycanın stend atıcısı Daniyella Ulanova III MDB Oyunlarında fəxri kürsüyə qalxıb.
“TV1” xəbər verir ki, o, qızların yarışında bürünc medal qazanıb.
Rusiya təmsilçilərindən Yelizaveta Yevqrafova qızıl, Daria Lekomtseva gümüş mükafata yiyələnib.
Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.