Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Azərbaycanın ən yaşlı sakini vəfat edib.
“TV1” APA-ya istinadən xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.
Azərbaycanın ən yaşlı sakini olan 136 yaşlı Tamam Əzizova xəstəxananın reanimasiya şöbəsində müalicə olunurmuş.








