Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb
Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 2 milyard 551,9 milyon manatlıq vəsait yönəldilib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunur ki hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28,4 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 milyard 958,8 milyon manat səviyyəsində olub.








