media-1200x100

Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib

media-ads_728_90

Azərbaycanın “Paris-2024” Yay Paralimpiya Oyunlarındakı bayraqdarları müəyyənləşib.

“TV1” xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov “Paris-2024” Yay Paralimpiya Oyunları öncəsi keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, yarışların açılış mərasimində parataekvondoçu İmaməddin Xəlilov və paraatletika üzrə millinin üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtında Azərbaycan Bayrağını daşıyacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

media-ads_728_90
Paylaş