Azərbaycanın qadın FIFA referisi UEFA-dan təyinat alıb

media-ads_728_90

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

“TV1” AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmalar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

media-ads_728_90
Paylaş