media-1200x100

Güləşçilərimiz Parisə yola düşüb

media-ads_728_90

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan komandasının son heyəti Fransaya yollanıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.

Avqustun 8-də Ə. Rzazadə ilə O.Nurmaqomedov, növbəti gün T.Bayramov və G.Meşvildişvili, ayın 10-da isə H.Əliyev və M.Maqomedov mübarizəyə başlayacaqlar.

media-ads_728_90
Paylaş