Azərbaycanın strateji valyuta ehtiyatları 16 % artıb

media-ads_728_90

Bu il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon ABŞ dolları təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 15,9 % çoxdur.

Xatırladaq ki, hesabat tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 1 il əvvələ nisbətən 5,7 % çox – 11 milyard 656,8 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Dövlət Neft Fondu isə hələ ki, aktivlərinin məbləğini açıqlamayıb.

media-ads_728_90
Paylaş