Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət komandası noyabrın 22-dən dekabrın 2-dək Şimali Makedoniyanın Strumitsa şəhərində Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.
“TV1” xəbər verir ki, bu barədə AFFA-nın məlumatında bildirilir.
B Liqasının 5-ci qrupunda yer alan millimiz Sloveniya, Şimali Makedoniya və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə mübarizə aparacaq.








