"İçərişəhər"də Sabantuy milli bayramı keçirilib - FOTO

media-ads_728_90

İyunun 14-də “İçərişəhər”də tatarların və başqırdların ənənəvi Sabantuy milli bayramı keçirilib.

“TV1” xəbər verir ki, tədbir çərçivəsində xalqın zəngin mədəniyyətini, adət-ənənələrini və mətbəxini təbliğ edən müxtəlif interaktiv tədbirlər və festivallar baş tutub.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və tərəfdaşlığı ilə təşkil olunub.

Festival çərçivəsində tatar milli musiqiləri səsləndirilib, rəqslər nümayiş etdirilib.

 

media-ads_728_90
Paylaş