Azərbaycanın WUF13-ə ev sahibliyi mühüm qlobal mərhələdir - BMT rəsmisi

media-ads_728_90

Azərbaycanın bu il Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi mühüm qlobal mərhələdir.

“TV1” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç bu gün Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

O qeyd edib ki, BMT tədbirin uğurlu və təsirli keçməsini təmin etmək üçün sistemli dəstək verməyə hazırdır:

“WUF13 Azərbaycanın davamlı şəhərsalma, iqlimə davamlılıq, inklüziv artım sahəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirmək, eyni zamanda beynəlxalq tərəfdaşlığı gücləndirmək və dayanıqlı inkişaf məqsədlərini irəli sürmək üçün unikal imkan yaradır. Bu kontekstdə biz WUF13-ün nəticələrinin bizim əməkdaşlıq çərçivəmizin prioritetlərinə yaxından uyğunlaşmasını və onların uzunmüddətli inkişaf təsirinə töhfə verməsini təmin etmək üçün milli tərəfdaşlarla sıx əməkdaşlıq edirik”.

media-ads_728_90
Paylaş