Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir

media-ads_728_90

Yaxın zamanlarda Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir.

“TV1” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Yaxın zamanlarda iki ölkə arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir. Bu, 2024-cü ilin dekabrında Azərbaycanın mülki təyyarəsi ilə baş vermiş faciəvi insident sonra məhdudlaşdırılan marşrutlara şamil ediləcək”, – nazir qeyd edib.

media-ads_728_90
Paylaş